featured-image-1382

“Səbail” Yurqen Qoxa ilə yollarını ayırıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, albaniyalı müdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, “dənizçilər” ötən ilin avqustunda 30 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalamışdı. Qoxa “Səbail”dən əvvəl ölkəmizdə “Qəbələ” klubunda çıxış edib.

Bənzər xəbərlər