featured-image-16450

Bu gün Misli Premyer Liqasında XIII tura yekun vurulub. Msport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Səbail” uğurlu mövsüm keçirən “Sabah”ı qəbul edib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Günün digər matçında isə lider “Qarabağ” “Kəpəz”lə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda Ağdam təmsilçisi növbəti qələbəsini rəsmiləşdirib.

Daha öncə “Turan Tovuz” evdə “Şamaxı”ya 1:3 hesabıyla uduzub. “Qəbələ” “Zirə”ni 1:0 hesabıyla məğlub edibsə, “Sumqayıt” – “Neftçi” matçında qalib müəyyənləşməyib – 2:2

Misli Premyer Liqası
XIII tur

6 noyabr

“Səbail” – “Sabah” 0:2
Qol: C.Nuriyev, 36. A.Kaşuk, 47.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rəşad Əhmədov.
“ASCO Arena”, 15:00.

Səbail: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli (k), 17. Rafael Məhərrəmli, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 18. Vüsal Qənbərov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Mahmud Qurbanov.
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba (k), 7. Boyan Letiç, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustəm Samiqullin, 17. Tellur Mütəllimov, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.

“Qarabağ” – “Kəpəz” 3:1
Qol: R.Şeydayev, 16-pen. M.Qurbanlı, 76. K.Ovusu, 79 – Y.Nəbiyev, 75.
Matçın 88-ci dəqiqəsində M.Qurbanlı penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Fərid Hacıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 6. Julio Romao.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 11. Kvabena Ovusu.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 37. Ruslan Süleymanov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.

Bənzər xəbərlər