featured-image-10191

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib. Msport.az xəbər verir ki, Mahmud Qurbanovun baş məşqçi olduğu komanda ukraynalı Maksim Çexlə müqavilə bağlayıb.

23 yaşlı dayaq yarımmüdafiəçisi müqavilə ilə “Şaxtyor” klubuna bağlı olsa da, icarə əsasında “Mariopol”da çıxış edib. O, Ukraynanın U-21 yığmasında 11 oyun keçirib. Çex Ukrayna Premyer Liqasında 48 matçda meydana çıxıb. Transferin yaxın vaxtlarda açıqlanması gözlənilir.

Bənzər xəbərlər