featured-image-24342

Misli Premyer Liqasında XXV turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Səbail” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Son iki pillədə qonşu olan bu autsayder komandaların görüşü böyük maraq doğururdu. Qarşılaşma qonaqların çətin qələbəsiylə yekunlaşıb.

Günün digər matçı isə son turlarda uğursuz çıxışı ilə seçilən “Sabah”la “Kəpəz” arasında baş tutub. Bu oyunda isə meydan sahibləri inamlı qələbəyə seviniblər.

Xatırladaq ki, ilk oyun günündə baş tutmuş “Zirə” – “Şamaxı” matçında qalib müəyyənləşməyib – 2:2. “Qəbələ” – “Qarabağ” və “Neftçi” – “Turan Tovuz” matçları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
XXV tur

4 mart

“Səbail” – “Sumqayıt” 0:1
Qol: T.Tisdel, 90+8-pen.
Qırmızı vərəqə: Q.D.Fransa, 68.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli.
“ASCO Arena”, 16:00.

Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 21. Kizito Luvaqa.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

“Sabah” – “Kəpəz” 2:0
Qol: A.İsayev, 40. A.Nuriyev, 90+4.
Qırmızı vərəqə: A.Nuriyev, 90+6 – A.Şuaybu, 17.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Masazır. “Bank Respublika Arena”, 18:30.

Sabah: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 99. Emmanuel Apeh.
Məşqçi: Artur Olenin.
Kəpəz: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.

Bənzər xəbərlər