"Şəfa" fransalı futbolçu ilə anlaşdı - RƏSMİ
“Şəfa” heyətinə daha bir legioner cəlb edib.
Msport.az xəbər verir ki, paytaxt klubu Musa Queli ilə anlaşıb. 27 yaşlı fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Musa son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının şərəfini qoruyub.







