featured-image-77448

“Zirə” Premyer Liqada 50-ci səfər heç-heçəsinə imza atıb.

Msport.az xəbər verir ki, bu yubiley “Turan Tovuz”la görüşə təsadüf edib.

Azərbaycan Premyer Liqasının XXIX turunun qarşılaşmasında 1:1 hesabı qeydə alınıb. 50-ci sülh rəqib meydanlarındakı 166-cı qarşılaşmada gerçəkləşib. “Zirə” turnirin tarixində səfərdə ən azı 50 heç-heçə edən 11-ci komanda olub.

Qeyd edək ki, “Zirə”nin ilk səfər heç-heçəsi 2015-ci il avqustun 16-da “Kəpəz”lə matçda qeydə alınıb – 1:1.

Bənzər xəbərlər