featured-image-54613

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli komandanın üzvləri ilə görüşüb.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) Msoprt.az-a verilən məlumata görə, səfirlikdə baş tutan görüşdə AŞF-nin prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, qurumun vitse-prezidenti Faiq Həsənov, federasiyanın baş katibi İlahə Qədimova, eləcə də milli komandanın məşqçi heyəti iştirak edib.

Səfir ölkəmizi beynəlxalq yarışlarda təmsil edən Azərbaycan şahmatçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

Bənzər xəbərlər