featured-image-13010

Sent-Luisdə (ABŞ) Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Champions Showdown-2022” turniri başa çatıb.

Msport.az xəbər verir ki, turnirdə həmçinin Uesli So, Leynier Dominqes, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı – ABŞ), Əlireza Firuzca (Fransa), Petr Svidler, Yan Nepomnyaşi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da iştirak ediblər.

Bu gün son üç tur baş tutub və nəticəyə görə Şəhriyar 6 xal toplayaraq üçüncü yeri tutub.

Turnir cədvəli: Firuzca, Karuana – hərəyə 6,5 xal, Məmmədyarov, Nepomnyaşi – hərəyə 6, Co – 4,5, Aronyan, Nakamura – hərəyə 4, Dominqes, Svidler – hərəyə 3,5, Kasparov – 0,5 xal.

Müsabiqənin mükafat fondu 150 min ABŞ dollarıdır. Qalib 37 500 dollar qazanacaq, Şəhriyar Məmmədyarov 17 500 ABŞ dolları qazanıb.

Bənzər xəbərlər