Şəhriyar qələbə ilə başladı
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının sonuncu mərhələsinə qələbə ilə başlayıb.
Msport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun 1-ci turunda hindistanlı Rameşbabu Praqqnanandha ilə üz-üzə gəlib.
Məmmədyarov rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Təcrübəli şahmatçı 2-ci turda polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.
Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.
Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.