Şəhriyar son görüşdə də uduzdu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Msport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun sonuncu – yeddinci turunda Vyetnam təmsilçisi Le Kuanq Lyoma 1:3 hesabı ilə uduzub.
Məmmədyarov yarışı 8 şahmatçı arasında 6 xalla 7-ci yerdə başa vurub. Hazırkı dünya çempionu Maqnus Karlsen 20 xalla turnirin qalibi olub.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutmuşdu.