featured-image-16097

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində mübarizə aparacaq.

Msport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster turnirə qatılacaq səkkiz iştirakçıdan biridir.

Sonuncu raund 14-20 noyabrda keçiriləcək. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır.

Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutub.

Bənzər xəbərlər