Şəhriyarın uğursuz seriyası davam edir
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib.
Msport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster final raundunun V turunda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gəlib.
Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda niderlandlı Aniş Giri ilə görüşəcək. O, hazırda 3 xalla sonuncu – səkkisizinci sırada qərarlaşıb.
Mükafat fondu 210 000 ABŞ dolları olan turnirə noyabrın 20-də yekun vurulacaq.