featured-image-16405

Azərbaycan Premyer Liqasında XIII turun “Qəbələ” – “Zirə” (1:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

– Hər iki komanda üçün vacib oyun idi. Futbolçular meydanda yaxşı mübarizə apardılar. Meydanda daha çox mübarizə gördük. Oyunun bitəcəyini gözlədiyimiz məqamda meydanın mərkəzindən qol buraxdıq. Əgər son dəqiqədə belə qol buraxırsansa, deməli, qismətində məğlubiyyət var. Məğlubiyyəti həzm edib, növbəti oyunlara hazırlaşmalıyıq.

– Qol epiodunu necə izah etmək olar?
– İsti-isti fikir bildirmək çətindir. Belə qol buraxırsansa, səhv-düz axtarmağın nə qədər doğru olduğunu bilmirəm. Qismətimizdə məğlub olmaq yazılmışdı.

– İkinci dövrədə 3 məlubiyyətiniz var…
– 13 turu təhlil etsək, nəticələr trayektoriyası qeyri-stabildir. Bu gün bizim üçün heç-heçə də pis nəticə olmayacaqdı. Hər iki komanda istəkli idi, qalib gələ bilərdi. Hər üç nəticə layiqli olacaqdı. 4 oyunun 3-də uduzmuşuq. Bəlkə də, əvvəlki matçlarda yenilgiyə layiq idik. Bu gün ən azı bir xal qazana bilərdik. Futbol belə idman növüdür. Yalnız nəticəyə köklənmək laızm deyil. Turnir cədvəlindəki mövqeyimizi və xallarımızı  yaxşılaşdırmalıyıq.

– Keçən tur Anar Nəzirov səhv etdi və bu gün ehtiyatda idi. Mehdi Cəmnnətovu da eyni cəza gözləyir?
– Anara cəza verməmişdik. Belə səhvdən sonra futbolçular psixoloji təzyiq altında olur. Bu gün Mehdiyə şans verdik. Növbəti tur da rəqibi analiz edəcək, məşqlərə baxıb qərar verəcəyik. Qərarım bu qolla bağlı olmayacaq. Mehdi bu gün oyun ərzində yaxşı çıxış etdi. Qolda Ülvinin böyük ustalığı var idi. 50 metrdən belə zərbə vurmaq üçün ustalıq laızmdır.

– Qoldan sonra Hamdaui ilə Qismət arasında gərginlik yaşandı. Bu, matçdan sonra da davam etdi?
– Paltardəyişmə otağında söhbətimiz oldu. Qələbəni də bir yerdə qazanırıq, uduzanda da birgə uduzuruq. Başqa yolumuz yoxdur. Məğlubiyyəti həzm etməliyik. Səhvi bir-birimizin boynuna atıb vəziyyəti daha da gərginləşdirmək olmaz. (Futbolpress.az)

Bənzər xəbərlər