featured-image-1421

“Şamaxı”nın baş məşqçisi Sənan Qurbanov istefa verib.

Msport.az xəbər verir ki, o,  Azərbaycan Premyer Liqasının 23-cü turunda  “Qarabağ”a 0:8 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında qərarını açıqlayıb.

“Belə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Oyuna itkilərlə çıxmışdıq. Acı məğlubiyyətdir. Rəhbərliklə danışdıq, getməyə qərar verdim. Gələcək oyunlarda “Şamaxı”ya uğurlar arzu edirəm. Ölkə kubokunu qazandıq, burada yaxşı günlərimiz oldu. Belə acı məğlubiyyətdən sonra qalmağım düzgün deyil” – deyə o bildirib.

Qeyd edək ki, Sənan Qurbanov 2021-ci ildən “Şamaxı”nı çalışdırırdı. Onun komandası hazırda 20 xalla 6-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər