featured-image-10872

“Şamaxı”nın sabiq baş məşqçisi Sənan Qurbanov Sloveniyaya yollanıb. Msport.az xəbər verir ki, O,  “Tabor” klubunun  düşərgəsindədir.

42 yaşlı mütəxəssis dünən “Tabor”un Prva Liqanın 6-cı turu çərçivəsində ”Radomije” ilə keçirdiyi səfər matçını (0:0) canlı izləyib. O, hazırda “Pro” kateqoriyalı kurslarda iştirak etdiyi üçün bu addımı atıb.

Seminarların dorcüncü modeli başlayıb və tələblərdən biri xarici klubda təcrübə keçmək, orada gördükləri əsasında raport hazırlayıb təqdimat etməkdir.

Bənzər xəbərlər