featured-image-35018

“Beşiktaş”ın baş məşqçisi Şenol Güneş Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda bəzi məcburi rotasiyalar edəcək.

Msport.az xəbər verir ki, 71 yaşlı mütəxəssis cəzalı Artur Masuakunun əvəzinə Umut Meraşa şans verəcək. Zədəli Necip Uysalı isə yeni transfer Deniel Amarti əvəzləyəcək.

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.

Bənzər xəbərlər