featured-image-31936

Sergen Yalçın “Neftçi” ilə müqavilə imzalamaq üçün Bakıya gəlib.

Msport.az “CNN Türk”ə istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəflə görüşəcək.

Türkiyəli çalışdırıcı ilə 1+1 illik müqavilə imzalanacaq. Onun təyinatı hazırkı çalışdırıcı Laurentsiu Regekampfla yollar ayrıldıqdan snra açıqlanacaq.

Qeyd edək ki, Sergen Yalçının son iş yeri “Beşiktaş” klubu olub.

Bənzər xəbərlər