featured-image-32111

Sərgən Yalçınla “Neftçi” arasında danışıqlar uğursuz nəticələnib. Əsas səbəblərdən biri kimi 50 yaşlı mütəxəssisin “Fənərbaxça”dan təklif aldığı göstərilsə də, əslində tərəflər maddi məsələlərdə ortaq məxrəcəgə gələ bilməyiblər.

Msport.az-ın əldə etdiyi məlumata görə, “Beşiktaş”dan ayrıldıqdan sonra 1,5 ildir işsiz olan məşqçi “ağ-qaralar”dan rekord məbləğdə maaş istəyib. O, köməkçiləri ilə birgə ilinə 4 milyon dollar əməkhaqqı tələb edib. Paytaxt klubunun rəsmiləri məşqçilər üçün belə bir büdcə ayırılmadığını bildiriblər.

Bundan başqa, Sərgən komandaya ili 700-800 min dollar olan futbolçular alınmasın da vacibliyini vurğulayıb. Bu şərtlərdən sonra türkiyəli mütəxəssislə danışıqlar dayandırılıb.

AYXAN

Bənzər xəbərlər