featured-image-13347

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirinin püşkü atılıb.

Msport.az xəbər verir ki, iştirakçılar yarış üçün xüsusi hazırlanmış sandıqçaları açaraq, üzərində rəqəm yazılmış kağızları çıxarıblar.

Püşkatma zamanı qadın şahmatçılara kəlağayı, kişi qrossmeysterlərə isə milli papaq hədiyyə olunub.

“Shusha Chess 2022” turnirinin ilk turunda bu şahmatçıları qarşılaşacaqlar:

Kişilər
Şəhriyar Məmmədyarov – Qədir Hüseynov
Teymur Rəcəbov – Parham Maqsudlu (İran)
Rüstəm Qasımcanov (Özbəkistan) – Rauf Məmmədov
Vasif Durarbəyli – Hao Vanq (Çin)
Mustafa Yılmaz (Türkiyə) – Santoş Qucrati Vidit (Hindistan)

Qadınlar
Gövhər Beydullayeva – Xanım Balacayeva
Nana Dzaqnidze (Gürcüstan) – Günay Məmməzadə
Ülviyyə Fətəliyeva – Gülnar Məmmədova
Marsel Efroimski (İsrail) – Yolanta Zavadska (Polşa)
Kübra Öztürk Güvənli (Türkiyə) – Meri Arabidze (Gürcüstan)

Turnirin oyunları Qarabağ hotelində keçiriləcək. İlk tur bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Turnirə sentyabrın 24-də yekun vurulacaq.

Bənzər xəbərlər