featured-image-75489

Dieqo Simeone yayda “Atletiko”dan ayrılacaq.

Msport.az xəbər verir ki, iddiaya görə, argentinalı mütəxəssis İtaliyanın “İnter” klubu ilə şəxsi razılığa gəlib.

Onun yeni mövsümdən “neradzurra”ya rəhbərlik edəcəyi bildirilib. Simeone 2016-cı ildə verdiyi açıqlamada bir gün “İnter”i çalışdırmaq istədiyini deyib.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Komanda onun başçılığı altında 2 dəfə La Liqanı, 2 dəfə Avropa Liqasını, 2 dəfə UEFA Super Kubokunu qazanıb.

Bənzər xəbərlər