featured-image-80309

İspaniya millisinin qapıçısı Unai Simon 2026-cı il dünya çempionatının yarımfinalında Fransaya qarşı matçda (2:0) qapısını toxunulmaz saxlayıb.

Msport.az xəbər verir ki, bununla da o, İker Kasilyasın dünya çempionatında İspaniya millisi üçün qapını ən çox toxunulmaz saxlama rekordunu qırıb.

Bu matçda Simon ümumilikdə dünya çempionatlarında səkkizinci, DÇ-2026-da isə altıncı dəfə qapısını “quru” saxlayıb. Kasilyas nüfuzlu beynəlxalq yarışda yeddi dəfə qapısını toxunulmaz saxlayıb. İker dörd dünya çempionatında oynayıb, Unai isə yalnız ikinci turnirində çıxış edir.

Simonun İspaniya millisində 65 oyunu var. Bu müddət ərzində o, 49 qol buraxıb və 30 dəfə qapısını tounulmaz saxlayıb. Luis de la Fuentenin komandası dünya çempionatının finalında Argentina-İngiltərə oyununun qalibi ilə qarşılaşacaq.

Bənzər xəbərlər