featured-image-6598

“Neftçi”nin yeni transferi Qodsvey Donyonun 18 yaşında “Mançester Siti”də olduğu və bu klubun U-18, U-21 komandalarında oynadığını xəbər vermişdik. Ancaq İngiltərə klubunda möhkəmlənə bilməyən forvard İsveç təmsilçilərinə icarəyə verilib.

2016-cı ildə isə Danimarkanın “Norşelland” klubu qanalı hücumçunu transfer edib. O, 2016-2017-cu illər mövsümündə Danimarka çempionatında 22 matçda 8 qol vuraraq bir çox skautların diqqətini cəlb edib.

İngiltərənin “Everton”, “Lester” və “Bornmut” klubları hücumçunu transfer etməkdə maraqlı olublar. Xüsusən də həmin dönəmdə Marko Silvanın rəhbərlik etdiyi “Everton” Donyonu almağa yaxın imiş. Ancaq nədənsə, futbolçunun yenidən İngiltərədə oynamaq istəyi baş tutmur. 2020-ci ildə “Norşelland” onu qısa müddətə II Bundesliqada çıxış edən “Dinamo Drezden”ə icarəyə verir. Daha sonra isə hücumçunun  karyerasında “Makkabi Hayfa” dönəmi başlayır.

Atası qanalı, anası toqolu olan Donyoya Toqo Futbol Federasiyasından bu ölkənin yığmasında oynamaq haqqında dəvət gəlib. O, düşünmək üçün vaxt istəyib.

media-don-1

Bənzər xəbərlər