SON DƏQİQƏ: Alimi də "Qəbələ"dən ayrıldı
İsnik Alimi də “Qəbələ”dən ayrılıb.
Msport az xəbər verir ki, şimali makedoniyalı futbolçu yeni müqavilə bağlamaqdan imtina edib.
Klubla yarımmüdafiəçi müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməyiblər.
29 yaşlı oyunçu 2021-ci ildən “qırmızı-qara” formanı geyinirdi.
O, ötən mövsüm Azərbaycan Premyer Liqasında 34 oyunda 9 qol vurub.
Qeyd edək ki, bu gün Rövlan Muradovla Felipe Santosun da “Qəbələ”dən ayrılması rəsmiləşmişdi.







