SON DƏQİQƏ: "Araz Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi - RƏSMİ
“Araz-Naxçıvan” baş məşqçisi ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, Cavid Hüseynovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Hüseynovun PRO kateqoriyası olmadığından lisenziyalaşdırma prosesində o, köməkçi, Zaur İsmayıkov isə baş məşqçi kimi göstərilirdi. Z. İsmayılovla da müqaviləyə xitam verilib.
“Araz Naxçıvan” 6 oyundan sonra 2 xalla turnir cədvəlində sonuncu, 12-ci yeri tutur.







