SON DƏQİQƏ - "Fənər" "Çelsi"nin hücumçusu ilə razılığa gəldi
“Nottinqem Forest”ə keçidi son anda alınmayan Mişi Batşuayi “Fənərbaxça”ya keçə bilər.
Msport.az xəbər verir ki, belçikalı hücumçunun “Nottinqem Forest”ə transferi “Çelsi”nin sənədləri gec göndərməsinə görə baş tutmamışdı.
Türkiyəli insayder Yağız Sabuncuoğıunun yazdığına görə, 28 yaşlı forvard “Fənər”in təklifini qəbul edib, indi qalır “Çelsi” ilə müqavilənin detallarını dəqiqləşdirmək.
Batşuayi 2021-2022-ci illərdə “Beşiktaş”da icarə əsasında çıxış edib. O, İstanbul klubunda 33 oyunda 14 qol vurur.