featured-image-5898

UEFA Konfrans Liqasında mübarizə aparacaq “Qəbələ” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar” ötən mövsümü “Şamaxı”da keçirmiş Felipe Santosla anlaşıb. Braziliyalı futbolçu 2021-2022-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında 21 oyunda 6 qol vurub. “Şamaxı” 25 yaşlı vingerə yeni müqavilə təklif etsə də, klubda rəhbərliyin dəyişməsi planları alt-üst edib.

“Qəbələ” artıq sosial şəbəkələrində Santosun transferi ilə bağlı ilkin siqnal verib. Yaxın saatlarda transfer rəsmən açıqlanacaq.

media-sos

Bənzər xəbərlər