Spalettinin “Yuventus”dan şərti
“Yuventus” baş məşqçi Luçano Spaletti ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Msport.az xəbər verir ki, 66 yaşlı mütəxəssisin indiki müqaviləsi 30 iyun tarixində bitir, buna görə də klub rəhbərliyi yaxın günlərdə konkret danışıqlara başlamağı planlaşdırır.
Baş məşqçi ilə idman direktorluğu arasında görüş baş tutacaq. Spalletti Turin klubunda işləməyə müsbət yanaşır, amma yeni müqaviləyə imza atmadan əvvəl klubun ambisiyaları ilə bağlı dəqiq zəmanət istəyir.
Baş məşqçinin əsas şərti yay transfer dönəmində heyətin ciddi şəkildə gücləndirilməsidir. Daha əvvəl ona bir neçə variant təklif olunub, o cümlədən Mauro İkardi. Lakin Spalletti Randal Kolo-Muaninin transferinə üstünlük verib və nəticədə oyunçu “Tottenhem”də qalıb.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off turinlilər iki matçın yekunu üzrə (2:5, 3:2) türklərə9 uduzaraq Avropa kubokundan kənarda qalıblar.







