featured-image-2308

Qadınlardan ibarət güləş üzrə milli komandamızın üzvü Mariya Stadnik Ukraynadan Azərbaycana qayıdıb.

Msport.az Federasiyanın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, əslən Lvovdan olan 34 yaşlı idmançı ötən həftə Bakıya dönüb.

Stadnik artıq milli komanda ilə məşqlərdə iştirak edir.

Qeyd edək ki, 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.

Bənzər xəbərlər