“Strasburq”un yeni baş məşqçisi bəlli oldu
Fransanın “Strasburq” klubunun yeni baş məşqçisi məlum olub. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Hari O’Nil yaxın saatlarda müqaviləyə imza atacaq. 42 yaşlı məşqçinin İngiltərədən iki təklifi olsa da, o, “Strasburq”u seçib.
Qeyd edək ki, O’Nil bunadək “Bornmunt” və “Vulverhempton” klublarını çalışdırıb.







