featured-image-18090

“İki komanda arasındakı oyunlar hər zaman gərgin keçib. Bu dəfə də belə olacağını düşünürəm”.

Bunu Msport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç Premyer Liqanın XVI turunda “Neftçi” və “Qarabağ” arasında keçiriəcək görüş haqqında danışarkən deyib.

Hər iki komandanın şərəfini qorumuş veteran hücumçu “ağ-qaralar”a azarkeşlik edəcəyini bildirib: “Qarabağ” da mənə doğma klubdur. Amma “Neftçi”nin qələbəsini daha çox istəyirəm. Bu oyunun əhəmiyyəti paytaxt klubu üçün olduqca önəmlidir. Ümid edirəm ki, “ağ-qaralar” ilk dövrədəki məğlubiyətin əvəzini çıxacaq. Baxımlı və gərgin oyun gözləyirəm”.

Əslən Serbiyadan olan Subaşiç yığmasının Qətərdə təşkil olunan dünya çempionatında bu gün İsveçrəyə qarşı keçirəcəyi C qrupunun III tur matçına da toxunub: “Serbiyanı çox ağır oyun gözləyir. Tam olaraq bu görüşə köklənmişəm. İnanıram ki, qalib gəlib qrupdan çıxacağıq”.

Qeyd edək ki, 2007 – 2013-cü illərdə Azərbaycan millisində çıxış etmiş Branimir Subaşiç yığmada keçirdiyi 39 oyunda 7 qol vurub. O, “Neftçi” və “Qarabağ”la yanaşı, “Qəbələ” və “Xəzər Lənkəran”komandalarının da formasını geyinib.

Bənzər xəbərlər