"Sumqayıt" 30 yaşlı serbiyalı futbolçu ilə müqavilə bağladı
“Sumqayıt” heyətinə yeni futbolçu cəlb edib. Msport.az xəbər verir ki, Saşa İliçin baş məşqçi olduğu komanda Nikola Ninkoviçlə anlaşıb.
30 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Ninkoviç son olaraq Serbiyanın “Tekstilaç” klubunda çıxış edib. Serbiyalı futbolçu buna qədər “Partizan” (Serbiya), “Torpedo” (Kutaisi) “Kyevo”, “Empoli”, “Cenoa”, “Askoli”, “Breşiya” (hamısı İtaliya) kimi klublarda forma geyinib.