"Sumqayıt" braziliyalı hücumçu transfer etdi - RƏSMİ
2026/27 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Msport.az xəbər verir ki, “gənclər şəhəri” təmsilçisi son klubu Braziliyanın “Kaşias” komandası olan hücumçu Jeam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb. Qeyd edək ki, 31 yaşlı futbolçu Braziliyanın “Fortaleza” klubunun yetirməsidir.







