featured-image-6941

Dünən “Sumqayıt”ın idman direktoru vəzifəsindən ayrılan Zamiq Hüseynov digər Premyer Liqa klubunda çalışacaq.

Msport.az xəbər verir ki, futbol funksioneri bundan sonra “Səbail” komandasında işləyəcək. Yaxın günlərdə təyinatın açıqlanması gözlənilir. Onun “Səbail”də baş direktor postuna keçməsi planlaşdırılır.

Qeyd edək ki, daha öncə PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən “Sumqayıt”ın idman direktoru postunda çalışırdı.

Bənzər xəbərlər