"Sumqayıt" millimizin üzvü ilə müqavilə bağladı
“Sumqayıt” millimizin yarımmüdafiəçisi Anatoli Nuriyevlə müqavilə bağlayıb. Msport.az xəbər verir ki, artıq Nuriyev Peşəkar Futbol Liqasına sifariş olunub.
26 yaşlı vinger 91 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Nuriyev son olaraq Ukrayna Premyer Liqası təmsilçisi “Kolos”da çıxış edib. Amma Ukraynadakı müharibə səbəbindən həmin ölkədə çempionat dayandırılıb. FİFA Ukrayna klublarında çıxış edən oyunçulara azad agent statusu verib.