featured-image-7321

Yeni mövsümdən heyətində legionerlərin çıxış etməsinə icazə verilən “Sumqayıt” daha bir transferini reallaşdırıb. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aleksey Baqanın komandası niderlandlı mərkəz müdafiəçisi Stiven Pereyra ilə müqavilə bağlayıb.

28 yaşlı futbolçu karyerasına “Zvolle” klubunda başlayıb. Onun karyerasında ən önəmli yeri “Maastrix” tutur. Üç il bu klubun formasını geyinən Pereyra 101 oyunda 2 qol vurub.  Futbolçu Bolqarıstanın ÇSKA, Portuqaliyanın “Santa Klara”, “Akademiko de Vizeu”, “Oliveyrense” klublarında da çıxış edib. Müdafiəçinin son komandası CAR-nın “Maritsburq Yunayted” komandası olub.

Pereyra Kabo- Verde millisinin heyətində 10 oyunda meydana çıxıb. İyunun 12-də Ekvadorla yoxlama oyununda (0:1) “Sumqayıt”ın yeni transferi 90 dəqiqə meydanda olub. Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Patrik Andrade də Kabo-Verde yığmasının aparıcı oyunçularındandır.

Bənzər xəbərlər