featured-image-33767
Ərzurumda təlim-məşq toplanışında olan “Sumqayıt” sabah ilk yoxlama oyununu keçirəcək. Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Super Liqa təmsilçisi “Sivasspor”la üz-üzə gələcək.
“Yüksek İrtifa” məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə 18:00-da start veriləcək.
Qeyd edək ki, “Sivasspor” bundan əvvəlki görüşdə Azərbaycanın digər klubu “Səbail”lə bərabərə qalıb – 1:1.

Bənzər xəbərlər