Super Liqada ilk baş məşqçi istefası
Türkiyənin “Kasımpaşa” komandasının baş məşqçisi Sami Uğurlu istefa verib.
Msport.az xəbər verir ki, o, bu barədə Super Liqanın 2-ci turu çərçivəsində baş tutan “Fənərbaxça” ilə ev oyunundan sonrakı mətbuat konfransında jurnalistlərə açıqlama verib.
İstefaya “Kasımpaşa”nın “Fənərbaxça”ya biabırçı hesabla (0:6) uduzması səbəb olub. Komanda yeni mövsümün ilk turunda da “Başakşəhər”ə 0:4 hesabıyla məğlub olmuşdu.
Sami Uğurlu 2021-ci ilin dekabrından “Kasımpaşa”ya rəhbərlik edirdi.
Bu, Super Liqanın yeni mövsümündə ilk baş məşqçi istefasıdır. Klub hələlik bu barədə rəsmi açıqlama yaymasa da, gənc mütəxəssisin istefasının qəbul olunacağı şübhə doğurmur.