"Sürgündəki klub" - "Qafqazın Qvardiolası" - Fransa mətbuatının "Qarabağ" haqqında qərəzli yazısı
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” Tofiq Bəhramov adına stadionda “Nant”la qarşılaşacaq. Fransa mətbuatında da axşamkı oyunla bağlı müxtəlif yazılar dərc olunur.
Msport.az “oest-france.fr” saytında yer alan “Sürgündəki klub” yazısını təqdim edir:
“Nant” Avropanı keçərək Azərbaycanın ən populyar, eyni zamanda ən siyasi klubu “Qarabağ”la qarşılaşacaq. Paytaxt Bakıda mühacirətdə olan klub Azərbaycan və Ermənistan arasında hərbi gərginliyin mərkəzində olan Dağlıq Qarabağ bölgəsini təmsil edir. Sonuncu partlayışlar çərşənbə axşamı baş verib.

Qor Manvelyan (“Nant”ın oyunçusu) Bakıya gedə bilməyəcək. Ondan əvvəl 2019-cu ildə Avropa Liqasının finalında “Çelsi” ilə oyundan məhrum olmuş Henrix Mxtaryan kimi. Onlar Ermənistana yaxınlığı ilə seçilən Dağlıq Qarabağ üçün pul ödəyirlər.
Dağlıq Qarabağ hərbi gərginliyin mərkəzində olan mübahisəli ərazidir. Son olaraq çərşənbə axşamı orada döyüşlər gedib. Azərbaycan ermənilərin hərbi mövqelərini intensiv atəşə tutmağa başlayıb (həmişə olduğu kimi Fransa mətbuatı yenə də ermənilərin mövqeyindən çıxış edir – red).
“Futbol klubunun geosiyasəti: Dünyanı anlamaq üçün 22 qeyri-adi hekayə” kitabının müəllifi Kevin Veyssieres yazır ki, “başlanğıcda bura ermənilərin və xristianların çoxlut təşkil etdiyi bölgə idi. 1921-ci ildə Ermənistan və Azərbaycan SSRİ-nin tərkibinə daxil ediləndə (burda da müəllif səhvə yol verir Azərbaycan 1920-ci ildə işğal olunub – red) Stalin kartları dəyişdirir və Dağlıq Qarabağ Azərbaycan tərəfə keçir (Stalin 1921-ci ildə hələ SSRİ-də əsas söz sahibi deyildi – red). SSRİ dağıdıqdan sonra ərazi uğrunda mübahisələr başladı. Bu ölkələr arasında ilk müharibədə 30 mindən çox insan öldü. 1994-cü ildə atəşkəs əldə olunmasına baxmayaraq, o vaxtdan bəri heç bir sülh sazişi ratifikasiya olunmayıb. 2020-ci ilin payızında 6 həftəlik döyüşlər 6500 nəfərin ölümünə səbəb oldu.
“Qarabağ” futbol klubundan böyükdür
Fooballski saytının yaradıcısı, regiona çoxsaylı səfərlərin müəllifi Lazar qeyd edir ki, “bu mühacirətdəki klubdur və Azərbaycan futbolunun bayraqdarıdır. Dağıdılan Ağdamda əsası qoyulan “Qarabağ” bölgənin adını daşıyır və 1993-cü ildə Bakıya köçüb. 2020-ci ildə klubun mətbuat xidmətinin rəhbəri sosial şəbəkədə erməni öldürməyə çağırdı və bundan sonra UEFA ona və kluba qarşı sanksiya tətbiq etdi. “Qarabağ” bəzən tarixi kimliyinin arxasında qalır. Fevralda “Olimpik Marsel”lə Konfrans Liqasının oyununda “Velodrom”da ermənipərəst plakatlar asılanda olduğu kimi.
Dünən oyunöncəsi mətbuat konfransında Qurban Qurbanov Ermənistanla sərhəddə döyüşlərin başlamasından sonra vətənpərvər ruhda çıxış edib.: “Mən oyunçulara dedim ki, “Qarabağ” ölkənin simvoludur. Biz bu ada görə məsuliyyət daşıyırıq. Valdeyinlər uşaqlarını itiriblər, uşaqlar da valdeyinlərini”.
Ölkənin ən populyar klubu
Heyətdə olan yeganə fransalı futbolçu Abdullah Zubir “ouest-france” nəşrinə müsahibəsində xəbərdarlıq edib: “Biz avrokubokların qrupuna vəsiqə qazanan yeganə klubuq. Bütün ölkə arxamızda olacaq”.

“Qarabağ” Avropadakı çıxışları ilə ölkənin ən populyar klubuna çevrilib. Onlar avrokuboklarda digər komandalardan daha çox oyun keçirirlər. 2017-2018 mövsümündə Çempionlar Liqasının qrupuna vəsiqə qazanan ilk klub olublar. “Bu Azərbaycanı beynəlxaq arenaya çıxarmağa imkan verir – Lazar belə deyir.
İkonik məşqçi
“Əgər “Qarabağ” son 9 ildə 8 dəfə çempion olubsa bunun bir hissəsinə görə 2008-ci ildən baş məşqçi olan Qurban Qurbanova borcludur. O, Qafqazın Qvardiolasıdır. O, “Qarabağ”ı başqa bir səviyyəyə gətirdi və “Barselona”nın oyunundan ilham aldı. Onun içində oyunu qurmaq və qorxmamaq hissi var” – Lazar əlavə edir.

2003-cü ildə Serbiya və Monteneqro ilə oyunda (2:2) dubl etdikdən sonra ölkənin ən yaxşı futbolçusu seçilən hücumçu üçün hekayə pis başlamışdı. “Neftçi”də onun ilk iş təcrübəsi uğursuz oldu: 6 heç-heçə və 7 məğlubiyyətdən sonra istefaya göndərildi.
Siyasət həmişə idmanın yanındadır
Lazarın sözlərinə görə, 2001-ci ildən klubun sponsoru qida istehsalı sektorunda nəhənglərdən olan “Azərsun Holding”dir. Hakimiyyətə yaxın olan şirkət klubun inkişaf etməsində önəmli rol oynadı və legionerlər cəlb olundu. Bakı Formula 1 yarışlarına sərmayə qoyub və hər il bu şəhərdə Qran-Pri keçirilir. Bundan başqa, Avro-2020-ni qəbul edən şəhərlərdən də biri oldu.
Ermənistanla döyüşlərin başlamasından sonra “Qarabağ” klubu matçdan əvvəl cəbhədə vəfat edən əsgərlərə görə 1 dəqiqəlik sükut üçün müraciət edib. Fransa BMT Təhlükəsizlik Şurasının iclasını çağıran ərəfədə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün daha bir yol.
TƏRCÜMƏ ETDİ AYXAN







