featured-image-54803

İlk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub.

Msport.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Təşkilat Komitəsi FIDE təmsilçisi Vladislav Artemyevlə razılıq əldə edib.

Blits şahmatında 2808 FIDE reytinqinə malik şahmatçı komandalar arasında dünya çempionatının qalibi və Avropa çempionudur.

Turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrossmeysterlər rapid və blits növündə mübarizə aparacaq.

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığıyla keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.

Bənzər xəbərlər