featured-image-42721

Tacikistan millisinin Asiya Kubokunun 1/4 finalına vəsiqə qazanmasına görə əldə etdiyi mükafat açıqlanıb. Msport.az xəbər verir ki, bu barədə Tacikistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komanda qrupdan çıxdıqdan sonra federasiya prezidenti Rüstəm Emomalinin qərarına əsasən, yığmanın oyunçularına ümumilikdə 300 min dollar verilib. Tacikistan 1\8 finalda BƏƏ-i üzərində qələbə qazandıqdan sonra milliyə daha 150 min dollar ayrılıb. Tacikistan 1\4 finalda İordaniyanı keçə bilsə, komanda 200 min dollar da mükafat qazanacaq.

Asiya Kubokunun 1\4 final mərhələsi çərçivəsində Tacikistan – İordaniya oyunu fevralın 2-də keçiriləcək.

 

Bənzər xəbərlər