featured-image-52416

Azərbaycanlı qapıçı Eldar Tağızadə İspaniyanın “Barselona” klubuna keçib. Msport.az xəbər verir ki, 21 yaşlı qolkiper 1+1 illik müqaviləyə qol çəkib.

O, “Barselona”nın B komandasının heyətində Federasyon Priemrasında çıxış edəcək. Bu, İspaniyada səviyyəcə 3-cü liqa sayılır.

Qeyd edək ki, Tağızadə iyulun 1-də İspaniyanın “Luqano” klubunu tərk etmişdi.

Eldar İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadənın oğludur. Bu transferdə Kataloniya klubunun prezidenti Xuan Laporta ilə dostluq əlaqələrinə malik olan azərbaycanlı iş adamı Adnan Əhmədzadənin rolu olub. Hətta Əhmədzadə müqavilənin imzalanması mərasimində də iştirak edib.

 

Bənzər xəbərlər