featured-image-6032

“Neftçi” klubunun sabiq vitse-prezidenti, FİFA referisi Tahir Süleymanov “Şamaxı” rəhbərliyində təmsil olunmaq üçün AFFA-dan təklif alıb.

Msport.az xəbər verir ki, təctübəli futbol adamı artıq federasiya nümayəndələri ilə də görüşüb:

“Şamaxı” ilə bağlı klubun adının dəyişdirilməsindən sonra AFFA rəhbərliyi ilə geniş söhbətimiz, fikir mübadiləmiz olub. Öz düşüncələrimi bildirmişəm və konkret təklifə cavab kimi şərtlərim olub. Bir şamaxılı kimi təklifdən tam imtina etməyim mənəvi cəhətdən doğru deyil. Ümumilikdə isə istər “Şamaxı”dakı, istərsə də futboldakı mövcud vəziyyəti hər kəs bilir. Qeyri-müəyyənlik çoxdur. Ümumi futbolun dirçədilməsi istənilinirsə, müəyyən addımların atılması vacibdir”.

Süleymanov “təklifin kimdən gəldiyi ilə bağlı” sualı belə cavablandırıb:

“Bilirsiniz ki, “Şamaxı” daxili bir çox klublar AFFA-nın xətti ilə maliyyələşir. Biz qərar vermək səlahiyyəti olmayan şəxslərlə müzakirə aparmarıq. Təklif federasiya rəhbərliyi tərəfindən olub və bunun üzərində çox dayanmaq istəmirəm”.  (Futbol+”)

Bənzər xəbərlər