featured-image-16173

“Kəpəz”in əvəzedici komandasında çıxış edən Rauf Əliyev cari mövsümün sonunda karyerasını başa vura bilər.

Bu barədə Msport.az saytına müsahibəsində 33 yaşlı hücumçunun özü məlumat verib.

Təcrübəli forvard bildirib ki, ayağındakı zədəsi imkan verməsə, futbolla vidalaşacaq: “Gedişata baxacağam. Görsəm ki, ayağımdakı zədə məni çox incidir, karyeramı bitirəcəm. Hələlik qəti qərarım yoxdur. Davam edirəm”.

Qeyd edək ki, Rauf Əliyev bunadək “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi”, “İnter”, “Qəbələ” və “Səbail” komandalarında da çıxış edib. Azərbaycan millisində 45 oyun keçirən hücumçu 7 qol vurub.

Bənzər xəbərlər