featured-image-24199

Futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov federasiyanın rəsmi saytına açıqlama verib.

Msport.az xəbər verir ki, o, Yunanıstanla oyun haqda fikirlərini bildirib:

“Yunanıstanla oyundakı tapşırığımız da aydındır: qələbə qazanmalı, Polşa səfərinə qalib yollanmalıyıq. Düzdür, onları Afinada böyükhesabla udmuşuq. Amma bu matç da, hesab da keçmişdə qaldı. Addım-addım məqsədimizə nail olmaq üçün oyunlardan maksimum nəticə ilə ayrılmalıyıq. Yunanıstan yığması ilə görüşə tam hazırıq. Ciddi zədəsi olan futzalçımız yoxdur. Bu da komanda üçün müsbət məqamdır. Atmosfer də yaxşıdır. Heyətə cəlb olunan oyunçuların hamısı düşərgəyə tam hazır gəliblər.

Polşaya gəldikdə, səfərdə oynayacağıq, çətin bir duel olacaq. Ancaq heç bir sədd keçilməz deyil. Bu mərhələni zirvədə başa vurmalı, elit-raunda lider kimi yollanmalıyıq. Final mərhələsinə qədər bizi çətin sınaqlar gözləyir. Yolumuz uzun və çətin olsa da, məqsəd, tapşırıq dəyişmir: ikinci dəfə final mərhələsində oynamaq. Bu yolda hamımız səfərbər olmuşuq”.

Qeyd edək ki, millimiz martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında Yunanıstan, 4 gün sonra Koszalin şəhərindəki idman zalında, yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00-da) Polşa yığması ilə qarşılaşacaq.

Bənzər xəbərlər