Təmsilçimiz 28-ci oldu
Türkiyədə keçirilən fiqurlu konkisürmə üzrə Bosfor kubokunda gənc qızların mübarizəsinə yekun vurulub.
Msport.az xəbər verir ki, Azərbaycan fiqurlu konkisürənləri Leyli Axundova və Səbinə Əliyeva ikinci yarış günündə sərbəst proqramda çıxış ediblər.
Səbinə 72,88 xalla 19-cu olub. Leyli isə 70,75 xalla bu çıxışda 22-ci yeri tutub.
Yekunda Axundova 106,24, Əliyeva 106,12 xalla kifayətlənib. Onlar yarışı müvafiq olaraq, 26-cı və 27-ci yerdə başa vurublar.