Tərlan Əhmədov onu yenidən komandasına gətirmək istəyir
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov AZAL və “Keşlə”də birgə işlədiyi Stanislav Namaşkonu yenidən yanına gətirmək istəyir.
Msport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı qapı xəttinin gücləndirilməsinin vacibliyini bildirib. “Turan”la son matçda (0:2) Kamran İbrahimovun elə bir səhvi olmasa da, bundan əvvəlki görüşlərdə o, inamlı təsir bağışlamamışdı. 23 yaşlı qolkiper xüsusən də keçmiş komandası “Neftçi” ilə matçda kobud səhvlərlə yadda qalmışdı.
Namaşko “Şamaxı” ilə 1 illik müqavilə bağlasa da, klubda rəhbərliyin dəyişməsi və legionerlərdən imtina edilməsi onun ölkəmizdən ayrılmasına gətirib çıxardı. 35 yaşlı qapıçı Moldova çempionatında mübarizə aparan “Beltsı” klubu ilə müqavilə bağlasa da, o, yeni komandasında debüt etməyib. Həm əsas heyətdə oynamaması, həm də Moldova klubunda əməkhaqqı az olduğundan Namaşko yenidən Azərbaycana qayıtmağın əleyhinə deyil.