featured-image-13987

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov  Rusiyanın idmandan təcrid olunmasını tənqid edib. Msport.az xəbər verir ki, 35 yaşlı şahmatçı TAS açıqlamasında belə deyib: “Rusiyanın şahmat komandası digər ölkələr kimi bütün beynəlxalq yarışlarda iştirak etməlidir”.

O, idmanın, mədəniyyətin və incəsənətin siyasətdən kənarda qalmalı olduğunu bildirib.

Rəcəbovun fikrincə, Rusiya şahmatçıları da beynəlxalq turnirlərə qatılmalıdırlar: “Mən özüm də müəyyən mənada pasifistəm. İstərdim ki, hər kəs öz düşüncələrinə baxmayaraq yarışlarda iştirak etsin”.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya və Belarus yığmalarının turnirlərə qatılmasını qadağan edib. Hər iki ölkə təmsilçiləri FIDE bayrağı altında fərdi yarışlarda mübarizə apara bilər.

Bənzər xəbərlər