"Tez bir zamanda "Qızıl Top"u qazanmaq istəyirəm - Kilian Mbappe
PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe “Qızıl Top”u qazanmaq istədiyini deyib.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı forvard artıq yeni səviyyəyə yüksəldiyini bildirib:
“Tez bir zamanda “Qızıl Top”u qazanmaq istəyirəm. Bir çox futbolçular kimi. Düzdür, çoxları bunu etiraf etməyə qərar vermirlər. Yenə də o fikirdəyəm ki, bu mükafatı birinci dəfə əldə etmək lap çətindir.
Düşünürəm ki, 18-21 yaş arasında göstərdiyim oyun TOP-10-da möhkəmlənməyimə gətirib çıxardı. Mən meydanda kifayət qədər güclü deyildim. Son iki ildə yeni səviyyəyə yüksəlmişəm. İndi meydanda daha ciddi statusa malikəm, həlledici matçlarda daha yaxşı oynayıram.
Qısaca desəm, indi mən “Qızıl Top” ümün daha ciddi namizədəm”.