featured-image-17974

Rusiya Hakimlər Korpusunun rəhbəri Sergey Belyayev Azərbaycanın tanınmış hakimi Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında ev sahibləri ilə Almaniya yığması arasında final oyunundakı (3:2) mübahisəli qərarından danışıb.

Msport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində Bəhramovun yanlış qərar qəbul etdiyini söyləyib.

Belyayevin sözlərinə görə, Bəhramov fiziki olaraq topun geri dönüşünü görə bilmədi: “Bəhramov matçdan sonra Nikolay Latışevdən düzgün qərar verib-vermədiyini soruşdu. O isə cavabında “Sən kraliçanın xeyrinə hərəkət etdin” söylədi”.

O, Bəhramovun meydandan kənarda sakit və mülayim olduğunu söyləyib: “Amma meydana çıxanda dəyişir, sərt və qətiyyətli olurdu. Heç kimi ruhdan salmazdı. Ömrünün sonuna qədər onu “1966-cı ildə qol var idi, yoxsa yox?” sualı narahat edirdi. Hər zaman gülərək “Fərqi nədir? Əsas odur ki, kraliça mənim əlimi sıxdı” deyib “Qızıl fit”i göstərirdi. O, kraliçanın xeyrinə bayraq dalğalandıraraq tarixə düşdü”.

Bənzər xəbərlər