featured-image-14563

Estoniya millisinin baş məşqçisi Tomas Heberli 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Msport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis federasiyanın rəsmi saytına açıqlamasında qrupdakı rəqiblərindən olan Azərbaycan yığmasından da söz açıb.

İsveçrəli baş məşqçi Canni De Byazinin rəhbərlik etdiyi kollektivlə eyni səviyyədə olduqlarını bildirib:

“Əsas odur ki, 4-cü səbətdən Türkiyə və Yunanıstanla düşmədik. Bu iki komandadan başqa, digərləri bizim üçün əla rəqib olardı Düşünürəm ki, Azərbaycan da aşağı-yuxarı bizimlə eyni səviyyəli komandadır”.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Bənzər xəbərlər